Alternative content

16:56 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:02 16.02.2014

 

Qayınatama məxsus, özəlləşdirilməmiş  mənzildə həyat yoldaşım, mən və iki övladım qeydiyyatda olmuşuq.  Lakin qayınatam ikinci qrup əlil olduğundan həkim məsləhəti ilə onunla birlikdə ona məxsus bağ evində yaşamışıq.  Mənzildə isə qayınım ailəsi ilə yaşayıb. Qayınatam dünyasını dəyişdikdən sonra qaynımın iddiası əsasında  keçirilən məhkəmə bizim ailənin bütün üzvlərini  mənzildən istifadə hüququndan məhrum edilməsi və qeydiyyatdan çıxarılması haqqında qərar verdi. Növbəti məhkəmə instansiyaları da ilk məhkəmənin qərarını qüvvədə saxladı. Bilmək istəyirəm, hansı hallarda iki övladdan birinin ailəsi mənzildən istifadə hüququndan  məhrum oluna bilər və bu, mənzil özəlləşdirilərkən  həyat yoldaşımı da vərəsəlik üzrə mülkiyyət hüququndan  məhrum edirmi?

 

Rüxsarə Həsənova,

Sumqayıt şəhəri

 

- Siz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisəli mənzildən çıxarılmısınız. Qaynınızla sizin aranızda olan mübahisənin halları və qəbul olunmuş qətnamə barədə dəqiq məlumat olmadığından sualınızın birinci hissəsini cavablandırmaq mümkün deyil.

Sualınızın ikinci hissəsinə gəldikdə, mənzil qayınatanız tərəfindən özəlləşdirilmədiyindən həyat yoldaşınızın ona münasibətdə vərəsəlik hüququ üzrə mülkiyyət hüququndan danışmaq mümkün deyil.

Bundan başqa, həyat yoldaşınız mübahisəli mənzildə mərhum atası ilə birlikdə yaşamadığından sonuncunun vəfatı ilə əlaqədar ərinizin həmin mənzilin kirayəçisi kimi tanınmasını tələb etmək hüququ yoxdur. Çünki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM