Alternative content

07:00 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır
Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır
ANA SƏHİFƏ / Milli Məclis
07:11 03.11.2011

 

Noyabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov ortaq mədəni və mənəvi dəyərləri olan Azərbaycan və Türkiyənin əlaqələrinin bütün sahələrdə yüksək olduğunu bildirdi. Qeyd etdi ki, bu səfər ölkələrimiz arasında ədliyyə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

Türkiyənin Van vilayətində baş verən zəlzələ ilə bağlı Oqtay Əsədov dedi ki, Türkiyənin üzüntüsü Azərbaycanın üzüntüsüdür. Milli Məclisin Sədri zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verdi, onlara səbir, yaralılara şəfa dilədi.

Görüş üçün təşəkkürünü bildirən Türkiyənin ədliyyə naziri Sadullah Ergin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibəti ilə təbriklərini çatdırdı.  O, Azərbaycanın BMT TŞ-yə üzvlüyünün həm də Türkiyənin nailiyyəti olduğunu dedi. Qonaq Vanda baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın göstərdiyi köməyə görə təşəkkürünü bildirərək Azərbaycan və Türkiyənin həm yaxşı, həm də ağır gündə bir yerdə olduğunu qeyd etdi. Sadullah Ergin Azərbaycanın qısa dövr ərzində nail olduğu inkişafı yüksək qiymətləndirdi, respublikamızın Cənubi Qafqazın ən mühüm dövləti olduğunu dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.

 

"Azərbaycan",

Foto F.Bağırovundur