03 Noyabr 2011 07:11
852
Konstitusiya məhkəməsi
A- A+

Türkiyənin ədliyyə naziri Konstitusiya Məhkəməsində olmuşdur

 

Noyabrın 2-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

AzərTAc xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, Vanda baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına başsağlığını çatdırmışdır. F.Abdullayev bu ağır gündə Azərbaycanın Türkiyəyə yardım etməsini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəm təməllərə əsaslandığının bariz nümunəsi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir daha nümayiş etdirdi ki, ölkələrimiz dar gündə də bir-birinə dayaqdır.

Demokratik cəmiyyətlərdə Konstitusiya məhkəmələrinin mühüm rolunu qeyd edən F.Abdullayev Azərbaycanda 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Türkiyə Konstitusiya Məhkəməsinin böyük və şərəfli yol keçdiyini qeyd edən F.Abdullayev qardaş ölkələrimizin konstitusiya nəzarəti orqanları arasında möhkəm əlaqələrin olduğunu vurğulamış, əməkdaşlıq haqqında memorandumun imzalandığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri hər zaman bir-birini fəal dəstəkləmişlər.

Konstitusiya Məhkəməsinin sədri Azərbaycan ilə Türkiyə arasında əlaqələrimizin bütün sahələrdəki sürətli inkişafının məhkəmə-hüquq sahəsində də aydın göründüyünü diqqətə çatdırmışdır.   

Bakıya səfərindən məmnunluğunu bildirən Türkiyənin ədliyyə naziri Sadullah Ergin Azərbaycanda bütün sahələrdə, o cümlədən konstitusiya hüququ sahəsində inkişafı yüksək qiymətləndirmişdir.

Qonaq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini ölkəmizin müstəqilliyinin bərpasından ötən 20 ildə əldə etdiyi böyük nailiyyətlərin məntiqi nəticəsi olduğunu söyləmişdir.

Nazir demişdir ki, bir millətin iki dövləti olan Azərbaycanın və Türkiyənin əldə etdiyi uğurlar bizi məmnun edir.

Tarix boyu xalqlarımızın qardaşlıq münasibətlərinə söykənərək bir-birinin yanında olduqlarını deyən nazir S.Ergin Vandakı təbii fəlakət zamanı ilk yardımın Azərbaycandan edilməsini bu əlaqələrin möhkəmliyindən xəbər verdiyini bildirmişdir.

Nazir S.Ergin F.Abdullayevi ölkəsinə səfərə dəvət etmişdir. 

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur. 

Sonda qonaqlar Konstitusiya Məhkəməsində yaradılmış iş şəraiti ilə tanış olmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video