Alternative content

21:27 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüqüq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüqüq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:01 19.01.2014

 

İş yerində ixtisara düşən şəxsə  işdənçıxma müavinəti və orta əmək haqqı ödənilərkən həmin məbləğdən gəlir vergisi tutulur?

 

L.Həsənli,

Gəncə şəhəri

 

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə görə əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır.

 

Məhkəmə avtomobilimə dəymiş zərərin hesablanması üçün ekspertiza təyin etmişdir. Araşdırılma üçün təqdim etdiyim sualların bəziləri ekspertiza qərardadında  göstərilməmişdir. Bu, qanuna uyğundurmu?

 

Elmir Kərimov,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.3-cü maddəsinə görə işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.

Beləliklə, ekspert qarşısında qoyulan sualların yekun məzmununu müəyyən etmək səlahiyyəti məhkəməyə məxsusdur. Lakin məhkəmə də öz növbəsində sizin təqdim etdiyiniz sualların rədd edilməsini əsaslandırmağa borcludur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi