01 Noyabr 2011 02:11
1024
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Rusiyada beynəlxalq konfransda iştirak etmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Moskva və Sankt-Peterburq şəhərlərində səfərdə olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev konfransı açaraq Konstitusiya Məhkəməsinin müasir cəmiyyətdəki rolundan, dövlətçiliyin inkişafına töhfəsindən bəhs etmiş, xarici ölkələrin konstitusiya məhkəmələri arasındakı beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirmiş, onun vacibliyini vurğulamışdır.

Konfransda MDB, Avropa və dünyanın digər ölkələrinin konstitusiya məhkəmələrinin sədrləri, tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparmışlar. Tədbirin proqramına uyğun olaraq, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransda "Azərbaycan Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsinin praktiki problemləri" mövzusunda çıxış etmişdir.

Səfər çərçivəsində Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirmiş, məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video