Alternative content

10:01 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı hüquq mərkəzi oxucuların suallarına cavab verir
Bakı hüquq mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:12 08.12.2013

 

3 ay əvvəl borc tələbi haqqında ərizəmi məhkəmədən geri götürmüşəm. İndi fikrimi dəyişib yenidən  məhkəməyə müraciət etmək istəyirəm. Bunun üçün müəyyən müddət gözləməliyəm?

 

Seymur Talıbov,

Xırdalan şəhəri

 

- Sualınızdan belə aydın olur ki, məhkəmə Sizin iddia ərizəsinin qaytarılması barəsində ərizəniz daxil olduqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq ərizənizi baxılmamış saxlamışdır. Belə ki, sözügedən maddənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bu hal Sizi yenidən eyni tələblə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

Beləliklə, siz hər hansı müddəti gözləmədən yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.

 

 Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir  rayon məhkəməsinə müraciət  edə bilər?

Sevil Kərimli,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sözügedən məcəllənin 36.1-ci maddəsinə uyğun olaraq yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhəti ilə əlaqədar cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi