Alternative content

09:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadi inkişafın siyasi dividendi
İqtisadi inkişafın siyasi dividendi
ANA SƏHİFƏ / Milli Məclis
01:10 30.10.2011

 

Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Ölkəmizin iqtisadi və siyasi qüdrətinin artması nüfuzlu dövlətlər və beynəlxalq təkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanla artıq hesablaşır və əməkdaşlığı daha da dərinləşdirmək niyyətlərini açıq ortaya qoyurlar.

Azərbaycanın əməkdaşlığa ciddi maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri olan Birləşmiş Millətlər Təşkilatı ilə son illərdə qarşılıqlı maraqlar əsasında əlaqələrimiz inkişaf edir. Məhz bu uğurlu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunub. Səsvermədə 193 BMT üzvündən 155-nin Azərbaycanı dəstəkləməsi böyük diplomatk nailiyyətdir. Bu fakt bir daha ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini, aparılan xarici siyasətin uzaqgörənliyini təsdiqləyir.

Məlumat üçün qeyd edək ki, BMT Nizamnaməsinin 24-cü maddəsinə görə, təşkilat və onun üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının məsuliyyətini Təhlükəsizlik Şurasının (TŞ) üzərinə qoyurlar. TŞ bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə və təsir imkanlarına malik orqandır. Yəni, TŞ-yə üzv olan hər bir dövlət dünyada baş verən münaqişələrin və mübahisələrin həllində mühüm rola malik olur və söz sahibinə çevrilir. Nizamnamənin 27-ci maddəsində göstərilir ki, TŞ-nin 9 üzvü səs verdikdə qərar qəbul olunur. Nəticə etibarilə TŞ-yə üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında (məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbul olunması və.s.) həlledici ola bilər. Bu isə hər bir üzv ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir. Bundan əlavə, nizamnamənin 7-ci bölümünə əsasən, TŞ sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tam və ya qismən iqtisadi  sanksiyaların tətbiq olunması, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən isə tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiq olunması barədə qərar qəbul edilə bilər. Üstəlik, 45-ci maddəyə əsasən, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-yə məcburetmə imkanları verilir. Beləliklə, ərazilərimizin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcavüzü faktını nəzərə alaraq nəticə çıxarmaq olar ki, Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanmışdır.                           

Bir daha qeyd etmək istərdim ki, beynəlxalq aləmdə qazandığımız siyasi-diplomatik uğurlarımız ölkəmizin iqtisadi sahədə qazandığı nailiyyətlərin məntiqi davamıdır. Ötən illər ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Azərbaycanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Ölkəmizin adı son illər maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.

Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqamlardan biri də ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. "Əsl siyasət konkret real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkədə qeyri-neft sektorunun inkişafının sürətlənməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu il regionlarda da həmişə olduğu kimi, uğurlu investisiya layihələri icra edilmişdir və regionlarda iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlər görülmüşdür. İlin 9 ayında 74 min yeni iş yeri açılmışdır ki, onların da 50 mini daimidir. Beləliklə, son 8 ildə Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılmışdır". 

Həqiqətən, cari ilin ötən 9 ayı ərzində regionların inkişafı istiqamətində müsbət nəticələr əldə edilmişdir. Belə ki, ölkə başçısının regionlara mütəmadi səfərləri, 200-dən çox müxtəlif təyinatlı obyektlərlə tanışlığı, o cümlədən yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Bu dövrdə regionlarda 80-dən çox müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadyə verilmişdir. 200-ə yaxın müəssisənin, o cümlədən 80-dək sənaye müəssisəsinin tikintisi isə davam edir.

Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına və təşəbbüskarlığına geniş meydan verilməsinin, zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq cari ilin 9 ayında da ölkədə dinamik inkişaf müşahidə edilmişdir. Regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarının, fərman və sərəncamların uğurla icra edilməsi, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmişdir.

Ümumiyyətlə, milli dövlət quruculuğu prosesi sürətləndikcə, ictimai, hüquqi, psixoloji mühit dəyişdikcə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə, sosial-iqtisadi və siyasi inkişaf prioritetləri də mahiyyət etibarilə dəyişir. Bu kimi incə məqamları nəzərə alan cənab İlham Əliyevin əsas məqsədi kəmiyyət dəyişikliklərindən tədricən keyfiyyət dəyişikliklərinə keçidi təmin etməkdən, hər bir Azərbaycan vətəndaşı üçün bu iqtisadi uğurlardan bəhrələnmək imkanı yaratmaqdan ibarətdir. Elə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də bu fəaliyyətin siyasi nəticəsi kimi dəyərləndirmək olar.  

 

Vahid ƏHMƏDOV,

Milli Məclisin deputatı