Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:51 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi
İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi
ANA SƏHİFƏ / Milli Məclis
03:10 29.10.2011

 

Oktyabrın 28-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi.

Milli koordinator, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini general-leytenant  Vilayət Eyvazov ötən dövrdə Azərbaycanda insan alveri ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verərək dedi ki,  cari ilin 9 ayında Azərbaycanda keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib: "Keçirilmiş əməliyyat nəticəsində həmin cinayətləri törətmiş 19 nəfər saxlanılmış, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunmuşdur. Bu növ qeyri-hüquqi əməllərə görə beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Hal-hazırda isə 17 nəfərin axtarışı davam etdirilir."

Nazir müavini onu da qeyd etdi ki, hesabat dövründə "Qaynar xətt" telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəltmə ilə, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə bağlı 12 minə yaxın zəng daxil olub. Araşdırmalar göstərir ki, insan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, daha 2 nəfəri isə Rusiyaya aparılmışdır. Müəyyən edilmiş 27 qurbandan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. İstismara qalan qurbanlardan 14-ü 25-35 yaş həddindədir. Bu müddət ərzində insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib.

Vilayət Eyvazov onu da vurğuladı ki, insan alveri ilə yanaşı, valideyn himayəsindən məhrum olmuş və baxımsız qalan uşaqların müəyyən edilməsi və onların qeydiyyata alınması istiqamətində də tədbirlər davam etdirilib. Cari  ilin 9 ayında aşkar edilmiş bu qəbildən olan uşaqlardan üçü şəxsiyyət vəsiqəsi, 10-u doğum haqqında şəhadətnamə, habelə insan alverinin qurbanı və potensial qurban olan 46 nəfər şəxsiyyəti təsdiq edən sənədlə təmin olunub.

General-leytenant Vilayət Eyvazov bildirdi ki, hesabat dövründə Dövlət Əmək Müfəttişliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və QHT-lərlə birgə ayrı-ayrı vaxtlarda müxtəlif tikinti şirkətlərində və daş karxanalarında məcburi əməyə məruz qalma hallarının müəyyən edilməsi üçün monitorinqlər aparılıb, tikinti təhlükəsizliyi və qeydiyyat qaydalarının, habelə əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanaraq aidiyyəti şəxslər barədə müvafiq tədbirlərin görülməsi təmin edilib.

İclasda insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı ilə bağlı müzakirələr aparılmışdır.  Deputatlardan Fazil Mustafanın sözlərinə görə, son dövrlərdə ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində xeyli iş görülmüşdür. O demişdir ki, bu mübarizə elə bir sahəni əhatə edir ki, burada bütün qurumlar iştirak etməlidir. Məcburi əməyə cəlblə bağlı məsələlərə toxunan deputat qeyd etmişdir ki, Azərbaycana Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirilməsini araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi olduğu halda, başqa ölkədən ucuz işçi qüvvəsi gətirilməsinə ehtiyac varmı?

Deputat Zahid Oruc qeyd etdi ki, mübarizə tədbirlərini gücləndirmək üçün əmək miqrasiyasını tənzimləyən qurumların məsuliyyəti artırılmalı, bununla bağlı, Cinayət Məcəlləsinə dəyişiklik edilməlidir. Övladlığa götürmə ilə bağlı məsələyə də xüsusi nəzarətin artırılmasını vacib sayan deputat insan alveri ilə bağlı bəzi faktlara toxundu: "Turizm şirkətlərinin xətti ilə insan ticarəti faktları mövcuddur. Uşaq dilənçiliyi də bu problemlər sırasında yer alır. Bunlara qarşı tədbirlər gücləndirilməlidir. İnsan orqanları transplantasiyası faktı da diqqət çəkən məqamlardan biridir."

Deputat Rəfael Cəbrayılov Çindən ölkəmizə gələn qadınların küçə ticarəti ilə məşğul olmasının beynəlxalq hesabatlarda yer almasının narahatlıq yaratdığını bildirərək bu məsələnin araşdırılmasını təklif etdi.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə bildirdi ki, insan alverinin qurbanı olan şəxslərlə bağlı bir çox sənəd qəbul edilmişdir. Azərbaycan insan alveri ilə mübarizədə ön sıralarda dayanır.

Deputat Siyavuş Novruzov insan alverinin bir ölkənin daxili məsələsi olmadığını qeyd etdi: "Bununla belə, heç bir dövlətin başqa bir ölkə haqqında hesabat hazırlamaq hüququ yoxdur. Biz ilbəil onların hesabatlarına baxırıq və hər şey eynidir, heç nə dəyişməyib. Biz hansısa dövlətə nəyisə nümayiş etdirmək üçün tədbirlər həyata keçirmirik, öz vətəndaşlarımızı müdafiə edirik".

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edildi.

İclasda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, qanun layihəsi 4 fəsil, 27 maddədən ibarətdir. Sənədin hazırlanmasında AMEA-nın strukturları və alimlər iştirak ediblər. Layihədə mədəni bitkilərin genetik ehtiyatlarının vahid mərkəzi məlumat bazasının, milli proqramın, milli genbankın və işçi qrupların yaradılması, onların hüquq və vəzifələri, məlumatların mühafizəsi, istifadəsi, mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin dövlət uçotu və qeydiyyatı

və s. əksini tapır.

Eldar İbrahimov onu da qeyd etdi ki, qanun layihəsinə Azərbaycana məxsus mədəni bitki brendlərinin mühafizəsi də daxil edilib. Sənəddə qeyd olunub ki, Azərbaycana məxsus mədəni bitki brendləri xalqımızın milli sərvətidir və qanunla qorunur. Bitki brendlərinin və onların areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunaraq təsdiq edilir. Azərbaycana məxsus ənənəvi mədəni bitki brendlərinin yayıldığı areallarda başqa növ bitki nümunələrinin əkilməsi qadağan olunur. Məxsusi ənənəvi mədəni bitki brendlərinin becərilməsinə və onların genetik ehtiyatlarının mühafizəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət nəzarəti həyata keçirilir və qaydaların pozulmasına görə qanunvericilikdə məsuliyyət müəyyənləşdirilir.

Deputatlardan Aytən Mustafayeva, Tahir Rzayev, Leyla Abdullayeva və Fərəc Quliyev ehtiyatlarla bağlı fəaliyyətin daha yaxşı idarə olunması, bu sahədə boşluqların aradan qaldırılması, milli və beynəlxalq əlaqələndirmənin yaxşılaşdırılması, elmi-tədqiqat  işlərinin səviyyəsinin və maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yüksəldilməsi, bitki genetik ehtiyatların daha etibarlı mühafizəsi baxımından belə bir qanunun qəbulunu vacib saydılar.

Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasda son olaraq "Sosial xidmət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki,  bu qanun  layihəsində qarşıya qoyulan məqsəd çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləməkdir. Layihə 6 fəsil, 30 maddədən ibarətdir.

Deputatlardan Elmira Axundova, Azay Quliyev, Rafael Cəbrayılov, Cavanşir Feyziyev və başqaları qeyd etdilər ki, bu qanunun qəbulu insanların sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində mühüm rol oynayacaq.

Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

 

Elçin CƏFƏROV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM