Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

12:01 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cərimələrin məbləği artırılacaq
Cərimələrin məbləği artırılacaq
ANA SƏHİFƏ / Milli Məclis
03:10 29.10.2011

 

Oktyabrın 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan  hüquqları komitələrinin birgə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynli açaraq  gündəlikdəki  məsələlər barədə məlumat vermişdir.

Sonra deputatlar Azərbaycan Respublikasının Cinayət  və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini müzakirə  etmişlər.

Qanunlara təklif olunan dəyişikliklərdə dini ayinlər  adı  altında  vətəndaşların aldadılması ilə bağlı məsələdə cərimələrin məbləğinin artırılması nəzərdə tutulmuşdur.

İnsan  hüquqları komitəsinin sədri  Rəbiyyət Aslanova dini maarifçiliyin  təbliğində  mövcud olan problemlərdən danışmışdır.

Çıxış edən deputatlar sənədlərə edilən dəyişikliklərin tam məqsədəuyğun olduğunu bildirmiş, qeyri-qanuni dini ədəbiyyatların satışı, dini maarifçiliyə diqqətin artırılması, cəmiyyət üçün qərəzli  dini təmayüllərin ölkədə yayılmasının qarşısının alınması barədə fikirlərini bölüşmüşlər.

Sonra "Yol hərəkəti haqqında" Qanuna təklif olunan dəyişikliklərə baxılmışdır. Sənədlə bağlı Mili Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov məlumat vermişdir. Bildirilmişdir ki, avtomobillərə dövlət nömrə nişanlarının verilməsinə görə yeni dövlət rüsumları müəyyən edilir.

İclasda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda, İnzibati Xətalar, Mülki Prosessual, Mülki, Mənzil, Cəzaların İcrası məcəllələrində, "İcra məmurları haqqında",  "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında",  "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında",  "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlara təklif olunan əlavələrə və dəyişikliklərə də baxılmışdır.

Ətraflı müzakirələrdən sonra qanun layihələri təsdiqlənmək üçün parlamentin ümumi iclasının müzakirəsinə tövsiyə olunmuşdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM