Alternative content

19:43 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə görüş
Milli Məclisdə görüş
ANA SƏHİFƏ / Milli Məclis
07:10 27.10.2011

 

Oktyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin üzvləri ilə görüşmüşdür.

Spiker qonaqları səmimi salamlayaraq bu cür görüşlərin  əhəmiyyətini vurğuladı. Qeyd edildi ki, bugünlərdə Azərbaycan öz dövlət müstəqilliyinin 20 illiyini qeyd edir. Bu dövrdə həyatın bütün sahələrində olduğu kimi, idmanda da xeyli nailiyyətlər əldə edilmişdir.

1997-ci ildə indiki ölkə Prezidenti cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra bu sahədə ciddi dönüş yaranmışdır. Ölkədə yeni-yeni idman qurğuları, Olimpiya kompleksləri inşa edilmiş, Azərbaycanın idman siyasətinin əsas hədəfləri müəyyənləşdirilmişdir. Bu gün ölkə idmançıları mötəbər beynəlxalq turnirlərdə, olimpiadalarda uğurla çıxış edirlər. Azərbaycan beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsinə ev sahibliyi edir.

Biz Avropa idman jurnalistlərinin, o cümlədən bu sahədə mütəxəssisləşmiş dünya jurnalistlərinin Bakıya səfərlərini müsbət qiymətləndirir, ölkəmizin idmandakı uğurlarının geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli hesab edirik.

Tədbirdə iştirak edən Dünya İdman Jurnalistləri İttifaqının rəhbəri Cannin Merko və Avropa İdman Jurnalistləri İttifaqının İcraiyyə Komitəsinin prezidenti Yannis  Daras Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını söylədilər. Bildirildi ki, ölkəmizin qısa zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Bu nailiyyətlərlə yerində tanış olmaq, Azərbaycanda keçirilən idman tədbirlərini müşahidə etmək jurnalistlər üçün çox önəmlidir.

Qonaqlar Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin toplantısının Bakıda keçirilməsini və gələcəkdə dünya jurnalistləri üçün belə bir konqresin ölkəmizdə təşkilini əhəmiyyətli hesab etdilər. Bildirildi ki, bu, idman sahəsində ixtisaslaşmış jurnalistlərin ölkəmizə olan böyük marağından xəbər verir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının  prezidenti Eldar İsmayılov və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin mətbuat xidməti