Alternative content

02:51 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qadınlar üçün nikah yaşının dəyişdirilməsi təklif olunur
Qadınlar üçün nikah yaşının dəyişdirilməsi təklif olunur
ANA SƏHİFƏ / Milli Məclis
07:10 27.10.2011

 

Oktyabrın 26-da  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  və Sosial siyasət komitələrinin birgə iclası keçirildi. İclası aparan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Əvvəlcə "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə edildi. Hadi Rəcəbli dedi ki, əvvəllər qadınlar üçün nikah yaşı 17, istisna hallarda isə 16 olub. Qanun layihəsinə əsasən, qadınlar üçün nikah yaşının 18-ə qaldırılması təklif olunur. Yalnız iki istisna halda qadınlara 17 yaşında nikaha girməyə icazə verilə bilər. Bunlar qadının hamiləliyi və valideynlərdən birinin ölüm ayağında olması zamanı mümkündür.  Hadi Rəcəbli onu da qeyd etdi ki, ötən il Azərbaycanda 86 min gənc rəsmi nikaha daxil olub. Onlardan 5 mininin yaşı 18-dən azdır və bu da müəyyən problemlərə yol açıb. İnanırıq ki, yeni qanunun qəbulu problemlərin həlli istiqamətində böyük rol oynayacaq. Deputatlardan Rauf Əliyev, Hikmət Atayev və başqaları qanun layihəsi barədə rəy və təkliflərini bildirdilər. Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olundu.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi barədə məlumat verdi. Komitə sədri Məcəllənin 176-cı maddəsinə təkilf olunan dəyişikliyi diqqətə çatdırdı. Dəyişikliyə əsasən, qadını nikaha daxil olmağa məcburetmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə, 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma təklif olunur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Çingiz Qənizadə, Fəzail Ağamalı, Rafael Cəbrayılov layihə ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İclasda son olaraq "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə olundu. Qeyd edildi ki, təklif olunan dəyişikliklər sığorta sahəsində mövcud problemlərin həllinə müsbət təsir göstərəcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"