Alternative content

17:52 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:10 27.10.2013

 

2008-ci ildə evlənmişəm. Birgə nikah dövründə bir uşağımız olub. Sonra məhkəmə qaydasında ayrılmışıq. Hazırda aliment alıram. Atam Rusiya Federasiyasında yaşayır, indi yaşamaq üçün atamın yanına getmək istəyirəm. Lakin keçmiş ərim uşağı aparmağa icazə vermir. Məhkəmədə də bildirirlər ki, əgər uşağın atası uşağı xarici ölkəyə aparmağa razılıq vermirsə, bu mümkün deyil. Bəs keçmiş ərimin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağımı özümlə necə apara bilərəm?

 

Ülkər Səmədova,

Biləsuvar şəhəri

 

- Azərbaycan Respublikasının  vətəndaşının xaricə getmə qaydası 14 iyun 1994-cü il tarixli, 813 nömrəli "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunla nizamlanır. Həmin qanunun 2-ci maddəsinə görə 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Göründüyü kimi, keçmiş ərinizin razılığı olmadan uşağınızın xarici ölkəyə aparılması yalnız məhkəmə qərarı əsasında mümkündür. Məhkəmə iclasında uşağın yaşayış yerinin dəyişməsi ilə bağlı bütün hallar araşdırılacaq və qanuna müvafiq qərar qəbul olunacaqdır.

 

Şəxsiyyət vəsiqəmi itirmişəm. Mənə dedilər ki, 30 manat cərimə ödəməliyəm. Bu qanunidirmi?

 

Nəzrin Haşımlı,

Şəmkir rayonu

 

- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə müvafiq olaraq şəxsiyyət vəsiqəsinin itirilməsinə görə 30 manat miqdarında cərimə edilir. Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunun 14.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə 10 manat, üç iş günündən sonrakı müddətdə verildikdə 1 manat dövlət rüsumu ödənilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi