Alternative content

11:47 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:09 29.09.2013

 

Rayonumuzun sakini 2005-ci ildə "Hil" bələdiyyəsindən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini uzunmüddətli - 99 illik icarəyə götürmüşdür. Həmin torpaq sahəsini hansı qaydada alqı-satqı edə və ya icarəyə götürə bilərəm?

 

Teymur Kərimov,

Qusar rayonu

 

- Azərbaycan Respublikasının Torpaq Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinə görə bu məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun 7.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Göründüyü kimi, icarədə olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi mümkün deyil.

Azərbaycan Respublikasının Torpaq Məcəllənin 51-ci maddəsinin 5-ci hissəsinə görə mülkiyyətçi olan icarəyəverənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun 11.11-ci maddəsinə uyğun olaraq icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 53-cü maddəsinin  1-ci hissəsi ilə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən), onun icarəyə (və ya subicarəyə) verilməsi qadağan edilə bilər.

Odur ki, icarə müqaviləsində həmin torpaq sahəsinin subicarəyə verilməsi qadağan edilməmişdirsə, siz həmin torpaq sahəsini bələdiyyənin razılığı ilə subicarəyə götürə bilərsiniz.

 

Qanunda şəxsi hüquq və vəzifələrin vərəsəlik üzrə keçməsinin mümkün olmamasına dair göstəriş var. Burada hansı hüquq və vəzifələr nəzərdə tutulur?

 

D.Məmmədzadə,

Bakı şəhəri

 

- Belə bir məhdudiyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

Belə  hüquqlara misal kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində təsbit edilmiş yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu göstərmək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməməsinə dair göstəriş var.    

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunun 29-cu maddəsinin 1-ci hissəsinə görə müəllifin bu qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir.

Bu cür vəzifələrə nümunə kimi aliment ödəmək vəzifəsini göstərmək mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.4-cü maddəsi aliment ödəyən şəxsin ölməsini, aliment öhdəliklərinə xitam verilməsi əsası kimi nəzərdə tutur. 

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi