Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:09 22.09.2013

 

Məhkəmə qərarı əsasında boşanmışam. İkiotaqlı mənzilimiz bərabər şəkildə bölünüb. Keçmiş həyat yoldaşım indi özünə düşən payı satmaq istəyir. Məndən razılıq istədilər, lakin vermədim. İndi 45 günlük təklif məktubu gəlib, deyilən qiymətə imkanım çatmır. Qeyd edim ki, təklif məktubunda möhür yox idi. Təklifi qəbul etməyəcəyim halda nə baş verəcək? 

 

Sunay Kərimli,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 218.2-ci maddəsinə görə, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 49-cu bəndinə əsasən, paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri ona məxsus olan payı kənar şəxsə satdığı hallarda, notarius satanın xahişi ilə onun ərizəsini satılan əmlakın qiyməti və digər şərtləri göstərməklə paylar məlum olan ümumi mülkiyyət iştirakçılarına göndərə bilər. Paylar məlum olan ümumi mülkiyyətin qalan iştirakçıları satın almaqda üstünlük hüququnu həyata keçirməkdən imtina edərlərsə və ya satma niyyəti və satış şərtləri haqqında xəbərdar edildikləri gündən daşınmaz əmlak üçün 45 gün ərzində, daşınar əmlak üçün isə 15 gün ərzində həmin hüququ həyata keçirməzlərsə, notarius payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsini təsdiq edir.

Beləliklə, yazılı bildirişin notarial qaydada təqdim edilməsinə dair məcburi göstəriş yoxdur, yəni sizə göndərilmiş bildirişdə möhürün olmaması onu etibarsız və qeyri-mötəbər etmir. 45 gün ərzində payı almadığınız halda digər mülkiyyətçi öz payını hər hansı üçüncü şəxsə sata bilər. Payın satılması həmin mülkiyyətçi ilə alıcı arasında bağlanacaq alqı-satqı müqaviləsi ilə rəsmiləşdiriləcəkdir. Bu proses  sizin adınıza olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (qeydiyyat vəsiqənizdə)  hər hansı dəyişiklik edilməsi üçün əsas deyildir, sadəcə, alıcının adına müvafiq çıxarış veriləcəkdir.

 

Aldığım mobil telefon qüsurlu olduğu üçün geri qaytarmaq  məcburiyyətindəyəm. Əgər dəyişəcəyim telefon arasında qiymət fərqi yaranarsa, mən bunu ödəməliyəm?

 

Elvin Nəcəfli,

Şamaxı rayonu

 

- Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.

Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır ("İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, 7-ci maddənin 4-cü hissəsi).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi