23 Oktyabr 2011 12:10
870
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Bir fərdi yaşayış evində on ikidə bir pay mənə məxsusdur. Həmin evin digər mülkiyyətçilərindən kompensasiya tələb etmək istəyirəm. Belə bir hüququm varmı?

 

Mədinə MƏLIKZADƏ,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

Göründüyü kimi, adı çəkilən maddəyə görə sizin payınızın naturada ayrılmasına yol vermirsə və ya payınızın ayrılması fərdi yaşayış evinə tənasübsüz zərər vurmadan mümkün deyildirsə, onda öz payınızın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən sizə ödənilməsi hüququna maliksiniz. Kompensasiyanın məbləği bir qayda olaraq tərəflərin razılığı ilə müəyyən edilir. Əgər belə bir razılıq olmazsa, onda kompensasiya məbləği məhkəmə tərəfindən müəyyənləşdirilə bilər. Bu zaman fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınacaqdır.

 

Boşdayanma vaxtı üçün əməkhaqqı ödənilməlidirmi?

 

Cəlalə LƏTIFOVA,

Sumqayıt şəhəri

 

- Boşdayanma vaxtı əməyin ödənilməsi şərtləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsində öz əksini tapmışdır. Həmin maddənin 1-ci hissəsinə görə, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Göstərilən maddənin 2-ci hissəsinə görə, işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. 

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video