Alternative content

03:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var
Əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var
ANA SƏHİFƏ / Milli Məclis
07:10 22.10.2011

 

Oktyabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov belə səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini dedi. İndoneziyanın Cənub Şərqi Asiyanın nüfuzlu dövləti olduğunu deyən Milli Məclisin Sədri Azərbaycanın bu ölkə ilə əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, xalqlarımızın bölüşdüyü ortaq dəyərlər də münasibətlərin yaxşılaşmasına təkan verir.

Milli Məclisin Sədri Oqtay Əsədov iqtisadi sahədə əməkdaşlığa toxunaraq bildirdi ki, bu ilin 7 ayında iki ölkə arasında ticarət dövriyyəsi 585 milyon dollar təşkil etmişdir. İqtisadi əlaqələrin daha da genişləndirilməsinin mümkünlüyünü vurğulayan Oqtay Əsədov bunun üçün iş adamlarının qarşılıqlı səfərlərinin, biznes forumların keçirilməsinin vacibliyini qeyd etdi.

Görüşdə parlamentlərarası əlaqələrdən də söz açıldı. Milli Məclisdə İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyət göstərdiyini deyən Oqtay Əsədov İndoneziya parlamentində də Azərbaycanla əlaqələrə dair dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirdi. Oqtay Əsədov İndoneziya parlamentinin sədrini ölkəmizə dəvət etdiyini də diqqətə çatdırdı.

Oqtay Əsədov İndoneziyanın həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsinə, həm də ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinə dəstək verdiyinə görə təşəkkürünü bildirdi.

Səmimi görüş üçün təşəkkürünü bildirən Məhəmməd Mahfud Azərbaycanla İndoneziya arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu bildirdi. Qonaq Bakıda  keçirilən görüşlərin, aparılan müzakirələrin münasibətlərin genişlənməsində mühüm rol oynayacağını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.

 

"Azərbaycan",

foto F.Bağırovundur