Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:44 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:09 15.09.2013

 

Həyat yoldaşım vəfat edib. Ailə başçısını itirməyə görə pensiya almaq üçün hansı sənədləri təqdim etməliyəm?

Gülüstan Həmidova,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 17 nömrəli, 21 noyabr 2011-ci il tarixli  qərarı ilə təsdiq edilmiş " "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na 13 nömrəli Əlavədə  ailə başçısını itirməyə görə pensiya növü üzrə tələb edilən sənədlərin siyahısı müəyyənləşdirilmişdir. Bunlara daxildir: 1) Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin  yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); 2) Ailə üzvlərinin vəfat etmiş  ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd; 3) Ailə başçısının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın  şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd; 4) Ailə başçısının yaşı barədə sənəd (əgər ölüm şəhadətnaməsində yaş göstərilməmişdirsə); 5) Vəfat etmiş (həlak olmuş)  ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd.

13 nömrəli əlavəyə görə, zəruri hallarda aşağıdakı sənədlər də təqdim olunmalıdır: 1) Yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını təsdiq edən sənəd; 2) Vəfat edənin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə qulluq edən ata (ana), ər (arvad), baba, nənə, qardaş və bacının işləmədiyi barədə yaşayış yerindən arayış; 3) Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən ərizəyə hərbi hissədən və ya rayon (şəhər) hərbi komissarlığından, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də ölüm tarixi və səbəbini təsdiq edən və ya hərbi qulluqçunun itkin düşdüyü barədə  sənəd; 4) Ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, bu barədə tibbi-sosial ekspert komissiyasının  rəyi; 5) Ərizəçinin "Əmək pensiyaları haqqında" qanunun 19-cu maddəsinə əsasən, əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM