25 Avqust 2013 12:08
907
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Nikah bağlandıqdan sonra avtomatik olaraq yoldaşım mənim qeydiyyatda olduğum evə qeydiyyata düşə bilərmi? Qeyd edim ki, ev atamın adınadır.

Cavid Bayramlı,

Sumqayıt şəhəri

 

 - "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata  alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim olunmalıdır: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Beləliklə, nikahın bağlanması yoldaşınızın sizin qeydiyyatda olduğunuz evə qeydiyyata düşməsi üçün əsas deyildir. Həmin evə qeydiyyata düşmək üçün atanızın yazılı razılıq ərizəsi tələb olunur.

 

6 ildir ailə qurmuşam və 5 yaşında qızım var. Boşanmaq üçün məhkəməyə ərizə vermişəm. Yaşadığım ev qayınanamın adınadır. Ev çox böyükdür. Bilmək istəyirəm ki, mənə o evdən pay düşür?

Fidan Dadaşzadə,

Bakı şəhəri

 

- Sualınızdan aydın olur ki, ev qayınananızın xüsusi mülkiyyətindədir. Bu halda, siz həmin ev üzərində mülkiyyət hüququna malik deyilsiniz. Başqa sözlə, sizə həmin evdən hər hansı pay düşmür. 

Ev üzərində məhdud əşya hüququna - yaşayış sahəsindən istifadə hüququna malik olmaq üçün isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən sizinlə qayınananız arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma (müqavilə) bağlanmalı və həmin hüququnuz daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Əgər belə bir müqavilə bağlanmamışsa, onda siz sözügedən evdən istifadə hüququna da malik deyilsiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video