Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:16 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:08 04.08.2013

 

Qardaşıma məxsus evdə qeydiyyatdayam. Özümə yeni mənzil almaq istəyirəm. Əgər yeni mənzil alsam, qardaşımın evindən avtomatik olaraq qeydiyyatdan çıxacam, yoxsa orada qeydiyyatda qala bilərəm?

 

Bəhicə Məlikzadə,

Bakı şəhəri

 

- Mənzil almanız sizin qardaşınızın evindən avtomatik olaraq qeydiyyatdan çıxarılmanız üçün əsas deyildir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsasları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 9-cu maddəsində təsbit edilmişdir. Əgər siz yaşayış yerinizi dəyişərək aldığınız mənzilə köçərsinizsə, onda adı çəkilən qanunun 5-ci maddəsinə əsasən yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınmanız üçün müvafiq dövlət orqanına müraciət etməlisiniz. Müvafiq dövlət orqanı sizi dərhal qeydə almalı və 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sizə şəxsiyyət vəsiqəsi verməlidir. Bundan sonra siz adı çəkilən qanunun 9-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq, yaşayış yerinizi dəyişdirdiyinizə görə qardaşınıza məxsus ev üzrə qeydiyyatdan çıxarılacaqsınız.

Sualınızın ikinci hissəsi ilə bağlı qeyd edək ki, qardaşınıza məxsus evdə qeydiyyatda qalmaqla özünüzə mənzil ala bilərsiniz.

 

Bankdan kredit götürərək avtomobil almışam. Avtomobilin bankın xeyrinə girov qoyulması barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidirmi?

 

Cəfər Kərimov,

Sulutəpə qəsəbəsi

 

- Məlum olduğu kimi, ipoteka daşınmaz əşyaların, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü, "İpoteka haqqında" qanunun 1.0.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

Beləliklə, avtomobilin bankın xeyrinə yüklü edilməsi barədə müqavilə ipoteka müqaviləsi olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinin tələbinə əsasən notariat qaydasında təsdiqlənməlidir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM