Alternative content

10:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ortaq mənəvi dəyərlər əlaqələrin inkişafına xidmət edir
Ortaq mənəvi dəyərlər əlaqələrin inkişafına xidmət edir
ANA SƏHİFƏ / Milli Məclis
04:10 18.10.2011

 

Oktyabrın 17-də Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan küveytli həmkarları ilə görüşdülər. Qonaqları salamlayan işçi qrupunun üzvü, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev onları parlamentdə görməyindən məmnun olduğunu bildirdi.

Deputat ölkələrimiz arasında sıx əməkdaşlığın olduğunu vurğulayaraq, gələcəkdə  əlaqələrin daha da inkişafına ümid etdiyini söylədi, dini və mədəni köklərimizin bağlılığının bu münasibətlərin möhkəmlənməsinə yaxşı zəmin yaratdığını qeyd etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı  məlumat verən Çingiz Əsədullayev Küveytin ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Vəlid Musaid Əl-Tabtabayi iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirdi. Hər iki ölkənin rəhbərlərinin dost münasibətini diqqətə çəkən qonaq, dostluq qrupu olaraq ilk səfərlərini Azərbaycana etdiklərini dedi. Vəlid Musaid Əl-Tabtabayi onu da bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Küveyt dövləti həmişə ölkəmizin yanında olmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

 

"Azərbaycan"