Alternative content

08:17 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
ANA SƏHİFƏ / Milli Məclis
05:07 03.07.2013

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası  Konstitusiyasının 95-ci maddəsinin  I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər başqa vəzifəyə dəyişdirilərək Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Eyvazov Rafael Əmir oğlu,

Məmmədov Namiq Eyyub oğlu.

2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Babayev Zəki Baba oğlu,

Cəbrayılov Vüsal Adil oğlu,

Əhmədov İsmayıl Həmid oğlu,

İbrahimov Zamin Vəliyəddin oğlu,

Novruzov Ələsgər Əli İskəndər oğlu.

3. Bu qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri                               

 

Bakı şəhəri, 2 iyul 2013-cü il