Alternative content

21:41 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
ANA SƏHİFƏ / Milli Məclis
05:07 03.07.2013

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası  Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Mirbahəddin Mirdamət oğlu Hüseynov başqa vəzifəyə dəyişdirilərək Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Abbasov Gündüz Qasım oğlu,

Əliyev Rafail Əyyub oğlu,

Əsədli Mahir Abdulla oğlu,

Məcidov Ələddin Tofiq oğlu,

Rəfiyev Rövşən Rafiq oğlu,

Şükürov İmanverdi Həşimxan oğlu.

3. Bu qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 2 iyul 2013-cü il