Alternative content

21:28 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:06 30.06.2013

 

Rəfiqəm məni öz evinə qeydiyyata salmaq istəyir. Evdə qeydiyyatda olan digər şəxslər də buna razıdırlar. Bilmək istəyirəm, qeydiyyata alınanın evin sahibi ilə qohum olub-olmaması əhəmiyyət kəsb edir? Mən özgə evə qeydiyyata düşmək üçün hansı sənəd təqdim etməliyəm?

Aytəkin Təhməzli,

Bakı şəhəri

 

- "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Qeyd edək ki, qeydiyyata alınan şəxsin qohumluq dərəcəsi qeydiyyata alınma üçün əhəmiyyət kəsb etmir.

lBinəqədi üçüncü mədən adlanan sahədə 2004-cü ildə tikilmiş evi 2009-cu ildə alıb təmir etdirmişəm. İndi məhkəmə yolu ilə evimi sökə bilərlər?

 

Alı Məmmədov,

Bakı şəhəri

 

- Əgər evi qanuni əsasla əldə etmisinizsə və ev üzərində mülkiyyət hüququnuz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıbsa, onda evin sökülməsindən söhbət gedə bilməz.

Əgər ev özbaşına tikilidirsə, o zaman siz həmin özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməmisiniz (Mülki Məcəllə, 180.2-ci maddə). Bu halda, eviniz müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllə, 180.4-cü maddə).   

 

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi