Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:45 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafı üçün mükəmməl hüquqi baza vardır
Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafı üçün mükəmməl hüquqi baza vardır
ANA SƏHİFƏ / Milli Məclis
07:10 13.10.2011

 

Azərbaycanda rəsmi səfərdə olan Avstriya Prezidenti Haynts Fişer oktyabrın 12-də Milli Məclisə gəlmişdir.

Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.

Avstriya Prezidenti Milli Məclisin iclas zalına baxdı, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanış oldu. Prezident Haynts Fişer Xatirə kitabına ürək sözlərini yazdı.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan ilə Avstriya arasındakı əlaqələrdən danışdı, hər iki ölkənin prezidentlərinin  ikitərəfli münasibətlərin inkişafına çox böyük önəm verdiyini bildirdi. Avstriya Prezidentinin ötən il Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladan O.Əsədov bu cür görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Prezident Haynts Fişerin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə etmişdir. 

O.Əsədov demişdir ki, iki ölkə arasında münasibətləri daha da genişləndirmək üçün mükəmməl hüquqi baza vardır. Bugünə qədər ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafına dair 36 sənəd imzalanmışdır və Avstriyanın 40-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir.

İkitərəfli əlaqələrin genişlənməsində parlamentlərin rolunu xüsusi qeyd edən O.Əsədov Avstriya parlamentinin sədrini Azərbaycana səfərə dəvət etdiyini bildirmişdir.

Milli Məclisin Sədri Azərbaycanın inkişafına mane olan, xüsusən də region dövlətləri və Avropanın özünün təhlükəsizliyinə ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən problemin həllinin uzandığını bir daha ali qonaqların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, rəsmi Bakı problemin sülh yolu ilə ədalətli həllində maraqlıdır. Ümid edirik ki, beynəlxalq təşkilatların səyi nəticəsində problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaqdır və Avstriya dövləti də bu işdə öz səylərini artıracaqdır.

Prezident Haynts Fişer Azərbaycana səfərindən məmnun qaldığını bildirmiş, Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir. Ali qonaq demişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu həqiqətən də danılmazdır. Bu baxımdan parlament rəhbərlərinin və deputatların səfərləri böyük önəm daşıyır.

Nümayəndə heyətinin üzvü, Avstriya Milli Şurasının vitse-prezidenti Fritz Noygebauer parlamentlərarası əlaqələrdən danışmış,  Milli Məclisin fəaliyyəti ilə maraqlanmışdır.

Oqtay Əsədov Azərbaycan parlamentinin tarixi, fəaliyyəti, keçdiyi şərəfli yol, Milli Məclisdə qəbul olunmuş qanun və qərarlar, deputatların iş şəraiti barədə qonaqlara ətraflı məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM