Alternative content

20:30 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV «Sərhədlər üzərindən əlaqələrin qurulması» adlı beynəlxalq konfrans bölgədəki həqiqətlərin geniş coğrafi məkanda insanlara çatdırılmasında mühüm əhəmiyyət kəsb edir
«Sərhədlər üzərindən əlaqələrin qurulması» adlı beynəlxalq konfrans bölgədəki həqiqətlərin geniş coğrafi məkanda insanlara çatdırılmasında mühüm əhəmiyyət kəsb edir
ANA SƏHİFƏ / Milli Məclis
02:10 12.10.2011

 

Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı beynəlxalq konfransın iştirakçıları oktyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşlər.

O.Əsədov GUAM Parlament Assambleyası (PA) və Baltik Assambleyasının təşəbbüsü ilə Bakıda belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirmişdir.

Bildirmişdir ki, konfransda enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik, Avropaya inteqrasiya, elmi əməkdaşlıq mövzularında aparılan müzakirələr bu cür tədbirlərin gələcəkdə davam etdirilməsinin vacibliyindən xəbər verir. Konfransda qaldırılan məsələlər GUAM PA-ya və Baltik Assambleyasına üzv ölkələri düşündürən, gündəlikdə duran, bəzi hallarda isə öz həllini gözləyən məsələlərdir. Biz bu cür regional təşkilatlar arasında əlaqələrin gələcəkdə də genişləndirilməsini önəmli hesab edirik. Hər iki təşkilatdakı deputatlar öz səlahiyyətləri çərçivəsində dövlətlərarası münasibətlərin, o cümlədən regional qurumlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə bilərlər.

Milli Məclisin sədri qeyd etmişdir ki, hər iki təşkilata üzv ölkələrin dövlət başçıları müxtəlif beynəlxalq tədbirlərdə tez-tez görüşür, tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparırlar. Azərbaycan rəhbərliyi Baltik Assambleyasına üzv ölkələrlə əməkdaşlığa böyük önəm verir. Avropaya inteqrasiya müstəqil Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Birgə konfrans bölgədəki həqiqətlərin geniş bir coğrafi məkanda yaşayan insanlara çatdırılması baxımından da əhəmiyyətlidir. Biz gələcəkdə də GUAM PA ilə Baltik Assambleyası arasında əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik.

Baltik Assambleyasının vitse-prezidenti, qurumda Latviya nümayəndə heyətinin rəhbəri Yanis Reirs Milli Məclisdə keçirilmiş birgə beynəlxalq konfransı yüksək qiymətləndirmişdir. O, konfransın yekunlarına həsr olunmuş sənəddə GUAM daxilindəki münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasının vacibliyinin xüsusi vurğulandığını söyləmişdir.

Görüşdə belə bir inam ifadə edilmişdir ki, GUAM ilə Baltik Assambleyasının əlaqələri hər iki təşkilata üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin inkişafına müsbət təsirini göstərəcəkdir.

GUAM PA-nın sədri, Moldova nümayəndə heyət

inin rəhbəri Anatoli Dimitriu qonaqpərvərliyə və konfransın keçirilməsi üçün Milli Məclisdə yaradılmış şəraitə görə minnətdarlığını bildirmişdir. O, konfransın yüksək səviyyədə keçdiyini, müzakirə olunan məsələlərin region dövlətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğulamışdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc