Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:05 26.05.2013

 

Bir sənədi tərcümə etdirib notarial qaydada təsdiqlətdirməliyəm. Bilmək istərdim,  bir səhifənin tərcümə haqqı nə qədərdir?

 

Tuqay Əlizadə,

Xırdalan şəhəri

 

- "Dövlət rüsumu haqqında" qanunun 10.17-ci maddəsinə əsasən, tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqinə görə 2 manat dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 10.18-ci bəndinə müvafiq olaraq sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə) üçün ödəniləcək dövlət rüsumunun məbləği 2 manatdır. Lakin qeyd edək ki, bunlar notarius tərəfindən göstərilən xidmətlərə görə ödənilməli olan dövlət rüsumu məbləğləridir.

Sənədin hər səhifəsinin bir dildən başqa dilə tərcüməsi üçün ödənilməli olan xidmət haqqı tərcümə xidməti göstərən şəxslə sizin qarşılıqlı razılığınıza əsasən sərbəst şəkildə müəyyənləşdirilir.

 

29 yaşım var. Rayondan gələrək Bakı şəhərində daimi pasport qeydiyyatına düşmüşəm. Hərbi qeydiyyata isə düşməmişəm. Hərbi qeydiyyata düşməyim də vacibdirmi?

 

B.Səfixanov,

Bakı şəhəri

 

- "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 4.1-ci maddəsinə görə, bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar. Həmin qanunun 4.2-ci maddəsinə müvafiq olaraq çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) tərəfindən aparılır.  Qanunun 7.2-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Adıçəkilən qanunun 7.3-cü maddəsinə görə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə) məlumat verməlidirlər.

Odur ki, siz yaşadığnız yer üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) müraciət etməlisiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi