Alternative content

20:41 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı soyqırımı insanlığa qarşı cinayətdir
Xocalı soyqırımı insanlığa qarşı cinayətdir
ANA SƏHİFƏ / Milli Məclis
12:05 17.05.2013

 

Dünən Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri, Küveyt parlamentinin İnsan hüquqları komitəsinin üzvü Mübarək Saleh əl-Nəcədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri ilə görüşüb. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova küveytli həmkarlarını Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, qonaqlara Azərbaycanın necə müstəqillik qazanmasından və bu işdə ulu öndər Heydər Əliyevin rolundan danışıb. Bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur.

R.Aslanova qeyd edib ki, hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatının üzvüdür: "Hər birimiz islam münasibətlərinin inkişafı üçün əlimizdən gələni etməliyik. Bu gün islam ölkələri arasında iqtisadi, mədəni və digər əlaqələrin inkişafı daha aktualdır". Komitə sədri həmçinin bildirib ki, Küveytin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə həssas münasibəti bizi sevindirir: "Bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanın bu probleminin həllində dost ölkələrin böyük dəstəyinə ehtiyacı var. Beynəlxalq ictimaiyyətin bu problemə biganə yanaşması qəbuledilməzdir. Bu, insan hüquqlarının pozulması deməkdir".

Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh əl-Nəcədə isə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində haqq Azərbaycanın tərəfindədir: "Biz azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımını insanlığa qarşı cinayət hesab edirik. Bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik".

 

"Azərbaycan"