Alternative content

16:29 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:04 21.04.2013

 

Yaşadığımız beşmərtəbəli evin 12 metrliyində çoxmərtəbəli binanın inşası üçün qazıntı işlərinə başlayıblar. Eşitdiyimə görə, şəhərsalma ilə bağlı yeni qanun qəbul edilmişdir. Həmin qanun belə tikintiyə icazə verirmi? 

 

Samir Quliyev,

Bakı şəhəri

 

- Məlum olduğu kimi, 2013-cü ilin yanvarın 1-dən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi (bundan sonra, ŞTM) qüvvəyə minmişdir. ŞTM-in 69-73-cü maddələrini əhatə edən 13-cü fəsil "Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ" adlanır. Ümumi qayda ondan ibarətdir ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır və həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir (ŞTM, 69.1-ci maddə). Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir (ŞTM, 69.4-cü maddə). ŞTM-in 69.5.1-ci maddəsinə görə, ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi ilə müəyyən edilir.

Qeyd edək ki, ŞTM-in 69.1.1 və 69.1.2-ci maddələrində ara məsafəsinin saxlanılmasının zəruri olmadığı şərtlər nəzərdə tutulmuşdur. Həmin maddələrin tələbinə əsasən,  tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla) və tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə, torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil. Tikinti obyektlərinin layihələndirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması nəzərə alınmalıdır (sözügedən Məcəllə, 69.7.1-ci maddə).

Beləliklə, ŞTM-də ara məsafəsi ilə bağlı münasibətləri nizamlayan müddəalar vardır. Sualınızda qonşuluğunuzda inşa edilən bina ilə bağlı hər hansı sənəd (tikintiyə icazə sənədi, inşaat pasportu və s.) barədə məlumat vermədiyinizə görə aparılan tikinti işlərinin ŞTM-in tələblərinə uyğun olub-olmamasını demək mümkün deyil. Əgər bu məsələ ilə bağlı narahatlığınız varsa,  səlahiyyətli dövlət orqanlarına müraciət edə bilərsiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi