Alternative content

08:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Keçmiş prezidentlərlə bağlı Konstitusiya Qanununun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq
Keçmiş prezidentlərlə bağlı Konstitusiya Qanununun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq
ANA SƏHİFƏ / Milli Məclis
07:10 06.10.2011

 

Oktyabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli gündəlikdə "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihəsinin olduğunu bildirdi. Onun sözlərinə görə, bu qanun layihəsinin hazırlanması 2009-cu ildə Konstitusiyanın 108-ci maddəsinə edilən dəyişiklikdən sonra hüquqi zərurət kimi meydana çıxmışdır.

İclasda iştirak edən Milli Məclis Apa

ratının rəhbəri, layihəni hazırlayan işçi qrupunun başçısı Səfa Mirzəyev bildirdi ki, prezident üsul-idarəsi olan ölkələrin əksəriyyətində belə qanunlar mövcuddur. Layihənin hazırlanması zamanı xarici dövlətlərin təcrübəsi öyrənilib. Səfa Mirzəyev dedi ki, layihədə keçmiş prezidentlə bağlı 8 növ təminat öz əksini tapıb. Bunlardan biri keçmiş prezidentin pensiya və onun ailə üzvlərinin təminatıdır. Layihəyə əsasən keçmiş prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının 50 faizinə bərabər tutulan pensiya almalıdır. Lakin digər bəndə əsasən Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında Azərbaycan Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs pensiyanı almaq hüququna malik deyil. Layihəyə əsasən keçmiş prezident vəfat etdikdə onun pensiyasını həyat yoldaşı, həyat yoldaşı olmadıqda öhdəsində olan uşaq ala bilər.

Digər təminat toxunulmazlıqla bağlıdır. Layihəyə əsasən keçmiş prezident Azərbaycan Prezidenti seçilməmişdən əvvəl və Azərbaycan Prezidenti səlahiyyətlərinin icrası zamanı etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz. Toxunulmazlıq onun həyat yoldaşına da şamil olunur. Amma keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilməlidir.

Bunlardan başqa, layihədə keçmiş prezidentin təhlükəsizlik, tibbi və nəqliyyat təminatları, nümayəndəlik xərcləri, həmçinin özünün və həyat yoldaşının ömürlük diplomatik pasportla təmin olunmaları məsələləri öz əksini tapıb. Təminatlar sırasında keçmiş prezidentin şəxsi arxivinin saxlanılması da var.

Müzakirələr zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Rafael Cəbrayılov, Fəzail Ağamalı və Çingiz Qənizadə layihə ilə bağlı təkliflərini bildirdilər. Yekunda deputatların rəy və təklifləri nəzərə alınmaqla Konstitusiya Qanununun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"