17 Mart 2013 12:03
1123
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Biz üç bacıyıq. Atamız vəfat edib. Mən atamdan qalan evə olan payımdan hər iki bacımın xeyrinə imtina etmək istəyirəm. Əgər bu mümkündürsə, onda payım necə bölünəcək?

 

Zamirə Nəcəfli,

Bakı şəhəri

 

- Mirası qəbul etmək və ya onun qəbulundan imtina etmək sizin hüququnuzdur. Siz bacılarınızın hər birinin payını ayrıca göstərməklə, mirasdan onların hər ikisinin xeyrinə imtina edə bilərsiniz. Əgər imtina ərizənizdə, belə bir bölgünü göstərməsəniz, onda sizin payınız bacılarınız arasında bərabər bölüşdürüləcəkdir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 1264-cü maddə).

Qanunla vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (həmin məcəllə, 1256-cı maddə).

 

Ərim vəfat edib. Oğlum universitetin qiyabi şöbəsində təhsil alır. Eşitdiyimə görə, ölən şəxsin təhsil alan uşaqlarına təhsil müddətində pensiya verilir. Bu doğrudur?

 

S.Tağızadə,

İsmayıllı rayony

 

- "Əmək pensiyaları haqqında" qanunun 14.1.1.3-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlarının (lakin ən çoxu 23 yaşına çatanadək) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

Göründüyü kimi, oğlunuz texnikumun qiyabi şöbəsində təhsil aldığından "Əmək pensiyaları haqqında" qanunun 14.1.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malik deyildir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video