Bakıda «XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti» mövzusunda beynəlxalq konfrans işə başlamışdır
Oktyabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisində "XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlamışdır.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır. O demişdir ki, konfransda əsasən "XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti" mövzusunda müzakirələr aparılacaqdır.
Bildirilmişdir ki, konfrans türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində, eləcə də qadın siyasətçilərin əməkdaşlığının genişlənməsində mühüm rol oynayacaqlar. TürkPA-nın təşəbbüsü ilə keçirilən konfrans Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkmənistan respublikalarının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuşdur.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirmişdir ki, qadınlar müasir dünyada problemlərin həllində, xüsusən, terrorizmə qarşı mübarizədə daha fəal iştirak etməli, dövlətlərin ərazi bütövlüyü, ailə, uşaq hüquqları kimi məsələlərə həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar.
Konfransda müasir ictimai həyatın bütün sahələrində qadınların artan rolu, onların sülh və sabitlik, idarəetmə, qərarların qəbulu prosesində daha fəal iştirakı fonunda, xüsusən, türkdilli ölkələrin qadınları arasında əlaqələrin genişlənməsi, onların müxtəlif sahələrdə təcrübə mübadiləsi aparmalarına dair məsələlər müzakirə olunacaqdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda uğurla həyata keçirilən qadın siyasətindən danışmış, tariximizin bütün mərhələlərində qadınların cəmiyyətdə fəal rolunu xüsusi vurğulamışdır. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev müstəqil Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsinə, qadınların siyasətdə formalaşması məsələlərinə böyük diqqət yetirir. Ölkəmizdə bu sahədə mövcud problemlərin həlli istiqamətində məqsədyönlü siyasət həyata keçirilir.
XXI əsrdə elm və texnologiyanın bütün sərhədləri aşması ilə qadınların qarşısında yeni imkanların yarandığını vurğulayan Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Şahin bildirmişdir ki, türkdilli ölkələrdə qadınların ən böyük uğuru onların təhsilə açıq olmasındadır. O demişdir: "Türkdilli ölkələrdə alim, deputat qadınların çoxluğu buna sübutdur. Əgər güclü cəmiyyət istəyiriksə, təhsili yoxsulluğa qurban verməməliyik".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir demişdir ki, problem bütün türk qadınları üçün ortaq bir məsələdir. Dağlıq Qarabağda baş verənlər heç bir türk qadınını biganə qoya bilməz.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, deputat, "Lider qadınlar" İB-nin sədri Məlahət İbrahimqızı konfransın əhəmiyyətindən söz açmış, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ictimai həyatımızda müstəsna rol oynayan şəxsiyyət kimi qadınlarımızın hüquq və imkan bərabərliyinin genişləndirilməsi və daha da möhkəmləndirilməsi prosesinə layiqli töhfələrini verir.
Sonra konfrans "Təməl insan haqları çərçivəsində qadın hüquqları: beynəlxalq hüquq və dünya təcrübəsi", "Yeni dünya düzənində qadın siyasətçilərinin rolu", "Qadınların siyasi təmsilçiliyi davamlı inkişafın və sabitliyin meyarı kimi" mövzular üzrə sessiyalarla öz işini davam etdirmişdir.
Məruzələr ətrafında çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatları Ülkər Gözəl, Öznur Çalık, Dilək Akagün Yılmaz, Qazaxıstan parlamentinin deputatı Mayra Aysina və başqaları türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında qadın siyasətçilərin fəallığının artırılmasının zəruriliyini bildirmişlər.
Konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür məktubu, fəal iştirakçılara xatirə hədiyyələri və mükafatlar təqdim olunmuşdur.
Foto F.BAĞIROVUNDUR
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!