10 Mart 2013 01:03
1160
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Atam bağ sahəsini bağışlama müqaviləsi qardaşımla mənim aramda bərabər şəkildə bölmüşdür. Qardaşım atamın sağlığında ona bağışlanmış payı öz adına sənədləşdirmişdir, mən isə yox. Atam vəfat edib. Öz payımı bağışlama müqaviləsi əsasında sənədləşdirmək istəyəndə mənə dedilər ki, müqavilə qüvvəsini itirib. Bu, doğrudurmu?

 

M.Rauf,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlı sayılır. MM-in 146.1-ci maddəsinə görə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-in 146.2-ci maddəsi ilə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Göründüyü kimi, sizinlə atanız arasında bağlanmış bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənmişdirsə, onda bağışlama etibarlıdır. Həmin müqavilə üzrə sizin bağışlanan əmlak üzərində sahiblik və istifadə hüquqlarınız artıq yaranmışdır. Yalnız mülkiyyət hüququna daxil olan üç hüquqdan biri - sərəncam hüququnuz bağışlanan əmlak üzərində hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra yaranacaqdır. Məlumat üçün qeyd edək ki, MM-in 668.1.1-ci maddəsinin  2005-ci il noyabrın 1-dək  olan redaksiyasında bağışlama müqaviləsinin etibarlı hesab edilməsi üçün "daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma" şərti də nəzərdə tutulmuşdu. Lakin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 144-cü bəndi ilə "daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma" şərti MM-in 668.1.1-ci maddəsindən çıxarılmışdır.

Beləliklə, bağışlama müqaviləsi üzrə əldə etdiyiniz mülkiyyət (konkret sərəncam) hüququnuzun dövlət qeydiyyatına alınmamasına və bağışlama müqaviləsinin etibarsızlığına səbəb olmur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video