Alternative content

05:36 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:02 24.02.2013

 

Evdar qadınam. 60 yaşım tamam olub, əmək stajım yoxdur. Ərim 2002-ci ildə vəfat edib. Mən  təqaüd, yaxud müavinət ala bilərəm?

 

Xalidə Həbibova,

Quba rayonu

 

- "Əmək pensiyaları haqqında" qanunun 4.1-ci maddəsi əmək pensiyasının 3 növünü fərqləndirir: 1. Yaşa görə əmək pensiyası; 2. Əlilliyə görə əmək pensiyası; 3. Ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunda əmək pensiyasının hər 3 növünün təyin edilməsi əsasları və şərtləri öz əksini tapmışdır.

Yaşa görə əmək pensiyasının təyini üçün şəxsin pensiya yaşına çatması və azı 12 il sığorta stajı olmalıdır (7-ci maddə). Sizin isə sığorta stajınız yoxdur. Bu baxımdan yaşa görə əmək pensiyası hüququna malik deyilsiniz.

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir (11-ci maddə). Sizə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün də əsas yoxdur.

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) və qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına (hazırda 59 yaş təşkil edir) çatmış arvadın ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır (14.1.2-ci maddə). Lakin qeyd edilənlərdən başqa daha bir şərt tələb edilir: ailə başçısını itirməyə görə əmək pensiyasının təyini üçün ölüm gününədək ailə başçısının qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajına malik olması zəruridir (17.1-ci maddə). Qanunun 12.1-ci maddəsinə görə, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Sualınızda mərhum ərinizin sosial sığorta stajının olub-olmaması barədə qeyd olmadığından sizin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malik olduğunuzu demək çətindir.

Bununla belə, Siz "Əmək pensiyaları haqqında" qanunun 30.1-ci maddəsinə əsasən, daimi yaşadığınız yer üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsinə müraciət edə bilərsiniz. Müraciətiniz qanunun 31-ci maddəsinə uyğun olaraq baxılıb cavablandırılacaqdır.

Sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları "Sosial müavinətlər haqqında" qanunla müəyyən edilir. Sualınızda göstərdiyiniz məlumatlar Sizə bu və ya digər müavinətin təyin edilib-edilə bilməməsini demək üçün kifayət deyil. 

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi