Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:57 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:02 17.02.2013

 

Təsisçi kimə deyilir, onun hansı hüquqları var? Müəssisənin təsisçisi həyat yoldaşını boşadıqda həmin müəssisədən arvadına pay düşür?

 

Lətif Şəfiyev,

Xırdalan şəhəri

 

- Şəxs öz təşəbbüsü və ya başqa şəxslərlə birlikdə hüquqi şəxs yarada bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM), 43.2-ci maddə). Bu zaman hüquqi şəxsi yaratmış şəxs onun təsisçisi hesab olunur. Aydındır ki, belə bir təşəbbüs hüquqi şəxsin dövlət qeydiyyatına qədər mümkündür. İştirakçı isə hüquqi şəxsin nizamnamə kapitalında paya sahib olan şəxsdir, iştirakçı təsisçi, yəni, nizamnamə kapitalında payı olan hüquqi şəxsi təsis etmiş şəxs, habelə sonradan bu və ya digər əsasla (alqı-satqı, bağışlama müqavilələri, vərəsəlik  və s.) hüquqi şəxsin nizamnamə kapitalındakı payı əldə etmiş şəxs də ola bilər.  Beləliklə, təsisçi - öz təşəbbüsü və ya digər şəxslərlə birlikdə hüquqi şəxsi yaratmış iştirakçıdır. Təsisçinin bir sıra hüquqları vardır: hüquqi şəxsin nizamnaməsini təsdiq etmək (MM. 45.2-ci maddə), hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya ləğvi barədə qərar qəbul etmək (MM, müvafiq olaraq 55.1 və 59.2.1-ci maddələr), nizamnamə kapitalındakı payına uyğun mənfəət əldə etmək (MM, 90-1.2, 106-3-cü maddələr və s.), hüquqi şəxsin idarəedilməsində iştirak etmək və onun orqanlarını formalaşdırmaq (MM, 91.3, 107-ci maddə) və sair.

Şəxsin nikahda olduğu müddətdə hüquqi şəxsin nizamnamə kapitalına qoyduğu pay Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə ər-arvadın birgə mülkiyyəti sayılır. Lakin bu zaman məcəllənin 34-cü maddəsinin tələbləri də nəzərə alınmalıdır. Başqa sözlə, əgər kapitaldakı pay nikaha qədər qoyulmuşsa və ya nikah müddətində də olsa, şəxsə bağışlama, vərəsəlik və ya digər əvəzsiz əqdlər əsasında keçmişsə, onda ər-arvadın birgə mülkiyyətindən danışmaq mümkün deyildir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM