13:55 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təkliflər sorğusu elan edir
ANA SƏHİFƏ / ELANLAR
00:58 06.12.2020


1. Müharibədən zərər çəkən ailələrə dəstək

Təkliflər sorğusu iştirakçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Tender komissiyasına ([email protected]) müraciət edərək şərtlər toplusunu əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Bütün iddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri qapalı zərfdə möhürlənmiş formada kağız daşıyıcıda 09.12.2020-ci il saat 17:00-a kimi təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- təkliflər sorğusu təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- təkliflər sorğusu təklifi sənədi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təkliflər sorğusu təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları komissiyanın elektron ünvanına ([email protected]) ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədləri 09.12.2020-ci il saat 17:00-a qədər kağız daşıyıcıda, zərfdə möhürlənmiş formada Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80, Hökumət evi, 4-cü qapı, 2-ci mərtəbə ünvanına - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər. İddiaçıların təklifləri 10 dekabr 2020-ci il saat 11:00-da açılacaqdır.

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM