05 Dekabr 2020 23:20
1061
SİYASƏT
A- A+

BERNAMA agentliyi: Azərbaycan Qələbə Gününü noyabrın 8-də qeyd edəcək


Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin hər il noyabrın 8-də ölkəmizdə Qələbə Gününün qeyd edəcəyi barədə bəyanatını yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Malayziya agentliyinin AZƏRTAC-a istinadla yaydığı məlumatda Prezident İlham Əliyevin Qarabağda altı həftə davam etmiş döyüşlərin noyabrın 10-da qələbə ilə başa çatdığını elan etdiyi bildirilir. Qeyd edilir ki, Türkiyədə Mustafa Kamal Atatürkün həmin gün vəfat etdiyi nəzərə alınaraq, Azərbaycan dövlətinin başçısı Qələbə Gününün noyabrın 8-də, Qarabağın incisi sayılan Şuşa şəhərinin erməni işğalından azad edildiyi günə dəyişdirilməsi barədə qərar qəbul edilib.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri də sitat gətirilib: "Mustafa Kamal Atatürk bütün türklər üçün əziz və hörmətli şəxsiyyətdir, onu azərbaycanlılar da yüksək qiymətləndirirlər və ona hörmətlə yanaşırlar”.

Qeyd edilir ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərinin türk dünyasının tarixinə qızıl hərflərlə yazıldığı vurğulanır.

Yazıda bildirilir ki, Şuşanın azad edilməsi ikinci Qarabağ və ya Vətən müharibəsində həlledici əhəmiyyətə malikdir və məhz bu şəhərin azad edilməsi Ermənistanın baş nazirini məğlub olmaq barədə bəyanatı imzalamağa vadar edib, Bakı ilə Yerevan arasında müharibəyə son qoyub.

Məqalədə Azərbaycan Prezidentinin Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi barədə Sərəncamı barədə də məlumat verilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 4-də saat12-də bütün ölkə ərazisində Vətən müharibəsində həyatlarını qurban verən şəhidlərin xatirəsinin anılması məqsədilə bir dəqiqəlik sükut elan edilib.

Yazıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla Qarabağ regionu, Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilər uğrunda gedən döyüşlərdə 2783 əsgərimizin şəhidi olduğu da bildirilir.

Qeyd edilir ki. Azərbaycan lideri sentyabrın 27-sini, işğal altında olan torpaqların azad edilməyə başladığı günü "Şəhidlərin Anım Günü” elan edib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də geniş məlumat verilir. Qeyd edilir ki, Qarabağ regionu və ətraf da yerləşən yeddi rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır. Bu ərazilər ötən əsrin 90-cı illərində aparılan hərbi əməliyyatlar nəticəsində xarici havadarlarına arxalanan Ermənistan tərəfindən işğal edilib. Sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı başladığı əks-hücum əməliyyatı 44 gün davam edib və bu əməliyyatlar nəticəsində dörd şəhər və təqribən 300-dək yaşayış məntəqəsi işğaldan azad edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video