14:17 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“İRS-Heranca” jurnalında ölkəmizin mədəniyyəti və tarixi ilə bağlı məlumatlara geniş yer verilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
20:56 05.12.2020

Braziliyada "İRS-Heranca” jurnalının portuqal dilində növbəti – beşinci buraxılışı işıq üzü görüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, ənənəvi olaraq, jurnalın bu nömrəsində ölkəmizin mədəniyyətinə, qədim tarixinə, müasir inkişafına, tolerantlıq siyasəti və idman həyatına aid məlumatlar yer alıb. Jurnalın baş redaktoru Musa Mərcanlı giriş sözündə Dağlıq Qarabağın tarixi, ermənilərin bu torpaqlara əsassız iddiaları və 27 ildən sonra ölkə başçısının rəhbərliyi altında bu torpaqların azad olunmasından söz açıb. Jurnalda həmçinin, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa haqqında, ölkəmizin arxitekturası və zəngin xalçaçılıq ənənələrindən bəhs edən məqalələr yerləşdirilib. Bununla yanaşı, məşhur rəssamımız Səttar Bəhlulzadənin əsərlərində kəlağayı motivləri, Bakıda keçirilən Formula 1 yarışlarına həsr edilmiş yazılar da dərc olunub. Bundan əlavə, Qarabağ münaqişəsinə dair tədqiqatlar aparan Joao Xavyerin "Unudulmuş Dağlıq Qarabağ münaqişəsi” adlı, həmçinin, müəllif Klaudo Klaus tərəfindən yazılan və Azərbaycanın multikulturalızm ənənələrindən bəhs edən məqalələr dərc edilib. 500 ədəd tirajla çıxan "İRS” jurnalının 5-ci nömrəsi Azərbaycanın Braziliyadakı səfirliyi ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

Qeyd edək ki, bu jurnal Braziliyanın hökumət orqanları, Konqresi, Senatı, ali təhsil ocaqları və vətəndaş cəmiyyət institutları arasında yayılır.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM