13:22 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Almaniyalı pensiyaçı qadın qonşularına 6 milyon avro miras qoyub
ANA SƏHİFƏ / DÜNYA
20:50 05.12.2020

Almaniyanın Hessen federal əyalətinin Valdsolms dairəsinin ötən il vəfat edən sakini Renata Vedel qonşularına 6,2 milyon avro həcmində miras qoyub.

AZƏRTAC Valdsolms bələdiyyəsinin saytına istinadla xəbər verir ki, miras bank hesabı, aksiyalar, zinət əşyaları, ev və digər əmlakdan ibarətdir. Kommunanın burqomistri Bernd Hayne "Hessenscha” nəşrinə müsahibəsində etiraf edib ki, əvvəlcə ianənin məbləğinə inanmayıb. Düşünüb ki, vergül işarəsi itib.

Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, bu vəsait ictimai obyektlərə və infrastruktura, o cümlədən velosiped yollarına, hovuzlara və uşaq bağçalarına xərclənəcək.

Renata Vedel 1975-ci ildə həyat yoldaşı Alfredlə birgə Valdsolmsa köçüb. Ərini itirən qadın 2016-cı ildən Frankfurt şəhərindəki qocalar evinə yaşayıb və 2019-cu ilin dekabrında 81 yaşında dünyasını dəyişib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM