05 Dekabr 2020 00:27
820
SİYASƏT
A- A+

Azərbaycan və Ukrayna parlamentlərarası dostluq qruplarının onlayn görüşü olub


Dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Vüqar İsgəndərov, Müşfiq Cəfərov, Naqif Həmzəyev, Elman Nəsirov, Əminə Ağazadə, Cavid Osmanov, Anar Məmmədov, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeriy Kolyux, Vladimir Kreydenko, Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski, ölkəmizin Ukraynadakı səfirliyinin nümayəndəsi Vüsal Süleymanov, Ukraynada Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov və digər şəxslər iştirak ediblər.

Çıxış edən Valeriy Kolyux bildirib ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var.

Sonra Vladimir Kreydenko çıxış edərək diqqətə çatdırıb ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Hər iki həmsədr Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.

Rüfət Quliyev Milli Məclisin rəhbərliyi adından ölkəmizin ərazi bütövlüyünün bərpasında birmənalı olaraq Azərbaycanı yüksək səviyyədə dəstəklədiyinə görə Ukrayna dövlətinə və xalqına təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, bu müharibədə beynəlxalq hüquq və ədalət bizim tərəfimizdə idi və biz qalib gəldik. Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir və prezidentlərimizin sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Hazırda Ukraynada 500 mindən artıq azərbaycanlı yaşayır. Çoxlu sayda azərbaycanlı gənc Ukraynanın müxtəlif ali məktəblərində təhsil alır.

Sonra onlayn görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa aviareyslərin bərpası, investisiyaların təşviqi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video