00:52 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Venesuela ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:26 05.12.2020


Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf etdiyini bildirib, mədəni əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

O, xalqımızın Vətən müharibəsindəki zəfəri barədə söhbət açıb, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın talan olunduğunu, o cümlədən mədəniyyət müəssisələrinin, tarixi abidələrin məhv edildiyini diqqətə çatdırıb. Azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağını, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin bərpası ilə bağlı böyük işlərin görüləcəyini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasındakı münasibətlərin mədəniyyət sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa zəmin yaratdığını bildirib. Venesuelada hər il mədəniyyət sahəsində keçirilən beynəlxalq tədbirlərdən bəhs edən səfir bu sırada dünyanın 40-dan çox ölkəsinin qatıldığı beynəlxalq kitab sərgisini vurğulayıb və Azərbaycan tərəfini növbəti sərgidə iştirak üçün dəvət edib. Mövcud pandemiya şəraitinin 2021-ci ildə sabitləşəcəyinə ümidvar olduğunu deyən səfir gələn il Azərbaycanda bir sıra mədəniyyət tədbirlərinin, o cümlədən Venesuela filmləri festivalı, Venesuela rəssamlarının sərgisi, yazıçılar və şairlər arasında mübadilə, mədəni irsin qorunması və bərpası barədə müzakirələr keçirməyi planlaşdırdıqlarını deyib.

Azərbaycan-Venesuela mədəni əlaqələrinin inkişafı ilə bağlı təklif və təşəbbüslərə də dəstək göstərməyə hazır olduğunu bildirən Anar Kərimov keçiriləcək tədbirlərin Venesuela mədəniyyəti haqqında Azərbaycan xalqına və Azərbaycanın mədəni irsi haqqında Venesuela xalqına geniş məlumat verəcəyinə inamını ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM