00:51 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gəncədə və Şamaxıda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:24 05.12.2020


Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Gəncədəki Şah Abbas Cümə məscidində, Aleksandr Nevski Rus Pravoslav kilsəsində və Yəhudi Dini İcmasında anım mərasimləri təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub.

Gəncənin Şah Abbas Cümə Məscidində vəhdət namazı qılınıb. Şəhidlərin ruhuna dualar oxunub. Dindarlar Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, yaralılara isə Tanrıdan şəfa diləyiblər. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və din xadimləri iştirak ediblər.

Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsində də Vətən müharibəsi şəhidləri xüsusi mərasimlə yad edilib. Anım mərasimi zamanı şəhidlərimizin ruhuna dualar oxunub.

Gəncədəki Yəhudi Dini İcmasında Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Anım mərasimində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

* * *

Dünən Şamaxıda torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə qurban gedən şəhidlərimizin xatirəsi hörmətlə anılıb.

AZƏRTAC xəbər verir ki, hər yerdə - idarə və müəssisələrdə, küçə və parklarda, ticarət və iaşə obyektlərində, insanların, necə deyərlər, bir gözündə fərəh, bir gözündə kədər var idi. Sevinc 30 ildən bəri erməni qəsbkarlarının işğalı altında olan Qarabağımızın cəmi 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi ilə yaşanan Qələbənin nəticəsi idi. Kədər isə vətənimizin azadlığı uğrunda canından keçən və əbədiyyətə qovuşan 2783 nəfər şəhidimizin qəlblərdə yaşatdığı acı idi. Şəhidlərimizin 42 nəfəri də məhz Şamaxıdan idi və onların xeyli hissəsi Vətən müharibəsinə könüllü olaraq getmişdi.

Saat 12:00-da bütün rayon, o cümlədən Şamaxı şəhəri bir dəqiqəlik sükuta qərq olmuşdur. Hamı əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Qafqazın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidində də şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Məscidin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ermənilərin tarixən Azərbaycan xalqına qarşı etdikləri soyqırımları xatırladaraq deyib: "Azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımı siyasəti, xüsusilə İrəvan, Qarabağ, Bakı, Quba, Şamaxı və digər bölgələrimizdə dəhşətli faciələr yaşadıb. 1918-ci il hadisələri zamanı Şamaxıda 20 min nəfərdən çox insan qətlə yetirilib. Mövcud olan 12 məscidin hamısı yandırılıb. Təkcə məscidlərdə 2 min nəfərə yaxın insan, o cümlədən din xadimləri öldürülüb”. İmam Mərəhmət Mustafayev o vaxt məscidlərə sığınan insanların diri-diri yandırıldığını diqqətə çatdırıb və təəssüflə bildirib ki, məhz ermənilər tərəfindən yandırılan Şamaxı arxivində 1918-ci il hadisələrinə dair xeyli qiymətli məlumatlar olub.

"Erməni vandalizmi bu gün də davam etməkdədir. Təkcə son 30 ildə Qarabağımızda olan 67 məscid vəhşicəsinə dağıdılıb”, - deyə Mərəhmət Mustafayev qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM