00:18 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusun profilaktikası çərçivəsində reydlər davam edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:19 05.12.2020


Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən dekabrın 2-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də COVID-19 yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla əlaqədar həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra” kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev, ev 90 D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə, ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus” restoranı, Nizami rayonu, Qara Qarayev prospekti, ev 69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər” evi, Nəsimi rayonu, Alı Mustafayev, 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev, 3-cü mikrorayon, ev 10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü” restoranı, Yasamal rayonu, Şərifzadə, ev 2 M ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir” restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev, ev 19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland” kafesi, hüquqi şəxs "Nabikoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku” kafesi, Yeni Günəşli qəsəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəsəbəsi, keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden” kafesi, Həsən Əliyev, ev 115 A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid prospekti, ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1” restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 24 A ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 7 M ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov, 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş” kafesi; Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər” kafesi, 9-cu mikrorayonda yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər” kafesi, 13-cü mikrorayonda yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea” kafesi, Səməd Vurğun, ev 25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan” çay evi, 17-ci mikrorayonda yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad” kafesi, 3-cü mikrorayon, Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər” kafesi, 34-cü məhəllədə yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab” kafesi, 3-cü mikrorayonda yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar” kafesi, 40-cı məhəllədə yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz” kafesi, Bədəlbəyli küçəsi, ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar” kafesi; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı” kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə” kafesi, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba” dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya” kafesi, Buzovna ŞTQ, ev 342 M ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks” kafesi, Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe, Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai, 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai, ev 0 M ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi, ev 315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana, Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küçəsi, ev 30 M ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev, 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafedə daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM