04 Dekabr 2020 23:26
702
SİYASƏT
A- A+

İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına imkan verən amillər barədə danışıb


Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların yalnız partizan əməliyyatlarında az-çox səmərəli iştirak etməsinə imkan verir. Buna görə də onlar Azərbaycana gərək deyildilər.

AZƏRTAC xəbər verir ki, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu sözləri "Vzqlyad” qəzetinə müsahibəsində deyib.

Ekspert vurğulayıb ki, guya birinci olaraq hücuma keçən suriyalı döyüşçülərin özlərini güllə qabağına atması - erməni təbliğatının uydurmasıdır.

İ.Korotçenko İkinci Qarabağ müharibəsindəki itkilər barədə Bakının məlumatına şübhə etmir. "Nasionalnaya oborona” jurnalının baş redaktoru deyib: "Müharibə başa çatıb və bu rəqəmləri gizlətmək Azərbaycana artıq gərək deyil. Əgər müharibənin xüsusiyyətini, istifadə olunan silah-sursatı nəzərə alsaq, itkilər çox aşağı olub. Təkcə mən yox, hərbi sahə üzrə olan başqa mütəxəssislər də təəccübləniblər ki, Azərbaycan tərəfi bu qədər az itkilər hesabına qələbəyə nail olub”.

Onun fikrincə, Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qoruması bir neçə amil sayəsində mümkün olub. Birincisi, Bakı ən müasir silahlanma növlərindən, xüsusən zərbə pilotsuz uçuş aparatlarından fəal istifadə edib. Onların sayəsində Azərbaycan Ordusu əvvəlcə ermənilərin müdafiə xəttinə şiddətli və yüksəkdəqiqlikli artilleriya və hava zərbələri endirib, yalnız bundan sonra piyada bölmələri döyüşə qoşulub. İkinci, strateji amil isə əsas zərbənin istiqamətinin uğurla seçilməsidir.

İ.Korotçenko deyib: "Ermənilər gözləyirdilər ki, əsas zərbə mərkəzdə, Ağdam şəhəri istiqamətində, yaxud da birbaşa bütün təmas xətti boyunca endiriləcək. Azərbaycan əsas zərbəni cənubda endirdi, orada müdafiə xəttini yardı və dayanmadan irəliyə - şimala doğru, Şuşa şəhərinə çatanadək hücuma keçdi. Şuşanın süqutundan sonra isə, məlum olduğu kimi, tərəflər Rusiyanın vasitəçiliyi ilə döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəldilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video