04 Dekabr 2020 21:37
971
SİYASƏT
A- A+

Dmitri Peskov: Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib


Dağlıq Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, müharibədən və Azərbaycan, Ermənistan, Rusiya liderlərinin imzaladığı razılaşmadan sonra Qarabağın statusu barədə məsələyə Rusiyanın münasibətinin dəyişib-dəyişməyəcəyinə dair sualı cavablandıraraq deyib: "Bu ərazilərin mənsubluğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə kifayət qədər çoxdan müəyyən edilib. Bunların hamısı Təhlükəsizlik Şurasının qətnaməsində göstərilib. Rusiya və əslində heç bir ölkə heç nəyi dəyişməyib. Prezident Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb, o, hətta Ermənistanın özü tərəfindən belə tanınmayıb, bu barədə Prezident Putin deyib”.

Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, rusiyalı hərbçilər, həmçinin Qarabağda Rusiyanın humanitar missiyası öz fəaliyyətlərini həm azərbaycanlılar, həm də ermənilər ilə əlaqələndirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video