04:02 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:38 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Norveçin “Utrop” qəzetində Qarabağ haqqında geniş məzmunlu məqalə dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
09:15 03.12.2020
Norveçin "Utrop” qəzetində Qarabağ haqqında geniş məzmunlu məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Norveçdə fəaliyyət göstərən "CAN” Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpurun müəllifi olan məqalədə Qarabağda münaqişənin sona çatması və tarixi ədalətin bərpasından bəhs edilib.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan ərazi bütövlüyünün bərpa olunması ilə öz evlərini itirən yüzminlərlə insan üçün 30 illik həsrət bitmək ərəfəsindədir. Bildirilir ki, müharibənin sonunda imzalanan sülh müqaviləsi Qafqaz regionu üçün yeni bir dövr açır, lakin nifrət və qorxu hələ də mövcuddur. İşğal etdikləri torpaqları tərk edən ermənilər bu yerlərə hər cür ziyan vurmağa çalışırlar. Ən böyük zərər təbiətə vurulur - evlər, meşələr və ağaclar yandırılır, əraziyə təhlükəli növ minalar yerləşdirilir.

"Bütün bunları nəzərə alaraq, baş verənlər haqda xəbərləri qorxu ilə izləyirəm, ürəyim böyük kədərlə və eyni zamanda, böyük sevinclə doludur, çünki tezliklə yurd-yuvasından didərgin düşmüş bir milyondan çox məcburi köçkün Qarabağdakı evlərinə dönəcəklər”, - deyə Şervin Nəcəfpurun bildirir. Onun sözlərinə görə, vaxtı ilə bu ərazilərdən qovulmuş insanlar öz torpaqlarına geri döndükdə sonra təhlükəsiz şəraitdə yaşayacaqlar. Lakin ərazilərin minalardan təmizlənməsi üçün böyük səy və vaxt tələb olunduğu üçün, Norveç hökuməti də bu sahədə humanitar kömək göstərməlidir. Şervin Nəcəfpurun fikrincə, Norveç dünyanın aparıcı sülhsevər ölkələrindən biri hesab olunur və krallıq hər zaman sülhün bərqərar olmasına güclü bir töhfə verməsi ilə tanındığı üçün burada da müvafiq addımlar atılmalıdır.

Məqalədə, habelə Şervin Nəcəfpur Norveçdə bəzi yerli KİV-lərin qeyri-obyektivlik nümayiş etdirməsindən təəssüf hissi ifadə edib və onları tənqid edib. Mətbuatda yer alan qeyri-dəqiq və əsassız xəbərlərin Norveçdə yaşayan azərbaycanlılar tərəfindən məyusluqla qarşılandığı vurğulanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM