15:01 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST qoruyucu maskalar barədə tövsiyələrini yeniləyib
ANA SƏHİFƏ / DÜNYA
19:54 02.12.2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qoruyucu maskaların taxılması barədə tövsiyələrini yeniləyib.

AZƏRTAC xəbər verir ki, ÜST-nin Cenevrədə dərc olunmuş rəhbər tövsiyələrinə əsasən infeksiyanın yayılma ocaqlarının ola biləcəyi ictimai yerlərdə - həm örtülü məkanlarda (mağaza, iş yerləri, məktəblər və s.), həm də bir metrlik fiziki məsafə saxlamağın mümkün olmadığı digər yerlərdə qeyri-tibbi maskaların taxılması vacibdir. Havalanmanın məhdud olduğu yerlərdə distansiya imkanlarından asılı olmayaraq hər zaman maska taxılmalıdır.

Qaydalar 12 yaşdan yuxarı hər kəsə şamil edilir. 6-11 yaşarası uşaqlara qoruyucu maskanı vəziyyətdən asılı olaraq taxmaq məsləhət görülür. Beş yaşadək uşaqların isə ümumiyyətlə maskadan istifadə etməsi tövsiyə olunmur.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 343 min 814 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 490 min 144 nəfərə çatıb. Eyni zamanda, 44 milyon 616 min 262 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 237 min 408 xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM