16:27 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çinin kosmik aparatı Ayda ilk süxur nümunələrini toplayıb
ANA SƏHİFƏ / DÜNYA
19:45 02.12.2020

Çinin "Çanye-5” avtomatik eniş modulu dekabrın 2-də Ay səthini iki metr qazaraq geoloji süxur nümunələrini toplayıb və onu Yerə göndərmək üçün konteynerə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb. Agentliyin məlumatına əsasən, dekabrın 1-də eniş modulu uçuş aparatı ilə birgə Yerin təbii peykinin görünən tərəfinin qərb hissəsində Qasırğalar okeanındakı Ryumker piki rayonunda Ay səthinə uğurlu eniş edib.

Modul, həmçinin manipulyasiya-əli ilə Ay səthindən də süxur nümunələri götürməlidir. Kosmik aparat missiya çərçivəsində ümumilikdə iki kiloqrama yaxın geoloji süxur toplayacaq. Süxur toplama əməliyyatına 48 saat vaxt ayrılıb. Eniş aparatının kapsulla birgə dekabrın 16-17-də Çinin şimalındakı Daxili Monqolustan rayonunda Yerə enməsi planlaşdırılır.

Əməliyyat uğurla başa çatarsa, Çin ABŞ və Rusiyadan sonra Ay süxurunu Yerə gətirən üçüncü ölkə olacaq. 1969-1972-ci illərdə Aya uçan amerikalı astronavtlar 382 kiloqram, 1970-1976-cı illərdə isə SSRİ-nin "Luna” stansiyası 324 qram Ay süxurunu Yerə gətirmişdi.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM