16:08 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın ən iri 10 ticarət limanının 7-si Çindədir
ANA SƏHİFƏ / DÜNYA
19:44 02.12.2020

Dünyada yük və konteyner dövriyyəsinə görə ilk 10 dəniz ticarət limanından 7-si Çindədir.

AZƏRTAC Çinin Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bunlar Şanxay, Şencen, Ninbo, Quancou, Honkonq, Çindao və Tiencin şəhərlərindəki limanlardır. Çinin biznes və maliyyə mərkəzi hesab olunan Şanxay şəhərindəki liman konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur.

Nazirlik 2016-2020-ci illəri əhatə edən beşillik plan çərçivəsində dəmir yolu və su nəqliyyatı ilə daşınan konteynerlərin sayının ildən-ilə 20 faiz artdığını açıqlayıb.

Bildirilir ki, beşilliyin sonunda Çində limanlara yatırılan sərmayənin 55,53 milyard ABŞ dollarına çatacağı gözlənilir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM