15:37 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Akif Qurbanov: Kompüter tomoqrafiyası və rentgen müayinələri koronavirusun deyil, onun fəsadlaşmalarının diaqnozu üçündür
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:40 02.12.2020

Dünyada koronavirusla yoluxma 60 milyonu keçib, ölənlərin sayı 1,5 milyona çatır. Bu, çox narahatedici haldır. Baxmayaraq ki, dünyada bununla bağlı sərt tədbirlər həyata keçirilir, yenə də pandemiyanın sürəti səngimək bilmir. Hazırda əlimizdə bu xəstəliyə qarşı vaksin və effektiv dərman preparatı yoxdur. Ona görə də qorunma tədbirləri və ona düzgün riayət etmək ön plana çıxır.

AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor, həmçinin bildirib: "Təəssüf ki, vətəndaşlarımız xəstəlik haqqında kifayət qədər məlumata malik deyillər. Belə ki, bir şəxs özündə soyuqlama, xəstələnmə halı hiss edən kimi dərhal xəstəxanaya müraciət edir. O, öz istəyi ilə kompüter tomoqrafiyası və rentgen müayinələrindən keçir və nəticədə ağciyərlərinin təmiz olduğu müəyyənləşir. Həmin şəxs arxayınlaşır ki, ağciyərlərində problem yoxdursa, demək ki, tam sağlamdır. Hamı bilməlidir ki, koronavirusun fəsadlaşması nəticəsində ağciyərlərdə dəyişikliyə, pnevmoniyaya səbəb olur. Xəstəliyin əvvəllərində, ortasında, bəzən sonuna qədər ağciyərdə heç bir dəyişiklik görməyə bilərik. Bəzən hətta həkimlər düzgün olmayan istiqamətləndirmə aparırlar. İnsanların qızdırması olan kimi onları kompüter tomoqrafiyası və ya rentgen müayinəsindən keçməsini məsləhət görürlər. Nəticədə xəstə COVID-19-la xəstələnsə də, ağciyərlərində heç nə olmamasına görə arxayınlaşır. Hamı bilməlidir ki, koronavirusun diaqnozunda kompüter tomoqrafiyası və rentgen müayinələri köməkçi üsullardır, xəstəliyin deyil, fəsadlaşmaların diaqnozu üçündür. Xəstəliyin diaqnozu üçün PZR testinə ehtiyac var. Bu testi xəstə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini çağırdıqda onlar da götürürlər. Bununla yanaşı, virusa yoluxma şübhəsi olanlar müraciət edib testdən keçə bilərlər. Əgər testin cavabı müsbətdirsə, xəstəlik təsdiq olunur. Bundan sonra həmin şəxs evdə özünü təcrid etməli, iş yerinə məlumat verməli və işə getməməlidir. Əksər hallarda bu xəstəlik ya simptomsuz keçir, ya da yüngül soyuqdəymə halları ilə müşayiət olunur. Bu zaman da mütləq özünütəcrid qaydalarına əməl etmək lazımdır. Hazırda elə dövrdür ki, soyuqdəymə əlamətləri, qızdırma, öskürək müşahidə etsək, koronavirusdan şübhələnməli, infeksiya mənbəyi olub başqalarını yoluxdurmamağa çalışmalıyıq. Bunun üçün həkimə müraciət edib diaqnozu müəyyənləşdirmək olar”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM