02 Dekabr 2020 19:39
542
SİYASƏT
A- A+

Hulusi Akar: Türkiyə və Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar


Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı razılıq əldə olundu. Müdafiə nazirlərinin müavinləri birgə fəaliyyətin texniki tərəflərinin müzakirəsini başa çatdırıblar. Müşahidə Mərkəzinin təşkili ilə bağlı rəsmi olaraq heç bir maneə qalmadı. İndi oranın inşası aparılır. Çox qısa vaxtda əməkdaşlarımız Birgə Müşahidə Mərkəzində xidmətə başlayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə noyabrın 11-də videoformatda imzaladığı anlaşma memorandumu əsasında başlanan danışıqlar barədə danışarkən deyib.

Azərbaycanın döyüş meydanında və danışıqlar prosesində böyük uğur qazandığını diqqətə çatdıran nazir bildirib: "Türkiyə və Rusiya generalları birlikdə çalışacaqlar. Birgə Müşahidə Mərkəzində türk və rus zabitlər bərabər xidmət edəcək, atəşkəsə riayət olunmasını birgə müşahidə edəcək və atəşkəsin davamlı olmasına səy göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla təhsil və hərbi təlim sahələrində əməkdaşlığımız davam edir. İnşallah, bu məsələlərdə qardaşlarımız üçün əlimizdən gələni edəcəyik. Haqlı mübarizələrində sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video